2018-ci ildə hansı azərbaycanlı məşhurun toyu olacaq? AÇIQLAMA

2018-ci ildə hansı azərbaycanlı məşhurun toyu olacaq? AÇIQLAMA

Bir neçə gün bundan öncə qardaşına vağzalı çaldıran əməkdar artist Səlim Abbasov subaylıqla vidalaşmaq qərarına gəlib.

SİA-ya açıqlama verən ifaçı bildirib ki, ailə qurmaq istəyir: "Hər il deyirəm amma 2018-ci ildə söz vermişəm ailə quracam. Çünki artıq düşünürəm ki, mənə ailə lazımdır. Seçimimi elə edəcəm ki, həm özüm, həm də valideynlərim razı qalsın. Valideynlərimdən olsa, bir neçə gün bundan öncə məni qardaşım Xəyalla birgə evləndirərdilər (gülür). Hələki ailə qurmaq üçün seçim etməmişəm, namizədim yoxdur. İnşAllah özümə uyğun xanımla ömür-gün yoldaşı olaram. Allah hər bir evə toy nəsib etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə