Yaxın günlərdə televiziya tamaşaçıları "Kim nə bacarır" adlı yeni bir telelayihəni izləmək imkanı qazanacaqlar. Space TV ilə "HSC Group"-un birgə layihəsi olacaq tele-şounun təfərrüatları haqda SİA-ya layihəni ərsəyə gətirəcək prodakşının mətbuat xidmətinin rəhbəri Azər Nəsibov verib: "Adından göründüyü kimi layihə istedadlı insanların üzə çıxarılaraq, tamaşaçılara tanıdılmasına xidmət edəcək. Burada təkcə səs imkanlarına güvənib müğənni olmaq istəyənlər yox, eləcə də müxtəlif sahələrdə özlərini bacarıqlı hesab edən insanlar yarışacaqlar. Kim nə bacarırsa buyurub müraciət edə və qısa zamanda televiziya ulduzuna çevrilə bilər".
Məlumat üçün bildirək ki, layihənin münsiflər heyəti kürsüsündə Azərbaycanın üç tanınmış sənətçiləri- əməkdar artistlər, Musiqili Komediya Teatrının aktyorları Elçin Həmidov, Əkbər Əlizadə və şou biznesdə "Toppuş Bacı" təxəllüsü ilə tanınan Tünzalə Əliyeva əyləşəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB