Elnarənin yaşadığı binada yanğın çıxdı VİDEO

Elnarənin yaşadığı binada yanğın çıxdı VİDEO

Müğənni Elnarə Xəlilovanın yaşadığı binada yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, bu haqda sənətçinin özü məlumat verib: "Elektirik naqillərində problem yarandığı üçün yaşadığım binada yanğın hadisəsi baş verdi. Yanğının qarşısı vaxtında alındığı üçün şükürlər olsun ki, heç kimə səhhəti ilə bağlı heç nə olmayıb. Hər kəs yaxşıdır. Mənzillərə də ciddi ziyan dəyməyib. Həqiqətən də hər anımıza şükürlər olsun. Yanğına görə, 10 gün işıq olmayacaq. Ona görə valideynlərimin yanına qayıdıram. Bir neçə gün atam-anamla qalacam".

Bütün xəbərlər Facebook səhifəmizdə