Tamer Karadağlı Bakıda jurnalistlərlə görüşdü FOTOLAR

Tamer Karadağlı Bakıda jurnalistlərlə görüşdü FOTOLAR

Aktrisa Məlahət Abbasovanın dəvəti ilə Azərbaycana gələn aktyor Tamer Karadağlı media nümayəndələri ilə görüşüb. SİA-nın məlumatına görə, aktyor jurnalistlərin suallarını cavablandırıb.

O, Bakı haqqında fikirlərini bildirib: “Bakıya dünən gəldim, şəhəri gəzdim. Əslən gəncəliyəm. Oradakı qohumlarım mənə zəng edirlər, görmək istədiklərini deyirlər. Onları ziyarətə getmək istəyərəm”.

Karadağlı rol aldığı “Çocuklar duymasın” serialından danışıb: " “Çocuklar duymasın”da da dəyişiklik edildi. İndi əvvəlki uşaqlar serialda yoxdur. Havuçun saqqalı var, 27 yaşındadır. İndi öz ailələri, uşaqları, evləri var. Pınar Altuğla Havuç oğul-ana kimi yox, sevgili kimi görünürlər. Onların serialda yeri yoxdur. Ekran işi Zeronun qızı ilə, “Dominat teyzenin uşaqları” üzərində davam edir”.

Tamer qızından danışıb. O bildirib ki, övladına heç bir qadağa qoymur: “Anası ilə ayrılsaq da, ən yaxın dostumdur. Anası onu düzgün tərbiyə edir. Əslində məni serialda sərt biri kimi tanıyırlar. Amma həyatda ondan da sərtəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə