Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı sənətçi Günel Zeynalova 25 yaşını bu ayın 25-i qeyd edəcək. Fikirlərini SİA ilə bölüşən müğənninin sözlərinə görə, məhz bu yaş Günel üçün qeyri-adi hesab olunur: "Ad günümdən sonra həyatımda çox dəyişikliklər gözləyirəm. Mən artıq bunu hiss edirəm".
Bu ayın 25-də baş tutacaq mərasimdə Günel bir sıra sürprizlərin baş verəcəyini qeyd etdi: "Özümə çox gözəl, yeni bir paltar tikdirmişəm. Amma mərasimdə bir çox sürprizləri də sizə söz verirəm. Türkiyədən qonaqlarımız gələcək".
Günelin sözlərinə görə, mərasimdə bir çox qonaqların iştirakı gözlənilir: "Evdəkilər məsləhət görür ki, ad günümə ancaq dostlarım və gənc insanlar yığışsın. Amma mən ailəmə, əzizlərimə bağlı insan olduğum üçün istəyirəm ki, orada qohumlarım çoxluq təşkil eləsin. Bu üzdən nəzərdə tutulan 125 qonaqdan 100-ü mənim qohumlarım olacaq (gülür). Mənim çoxlu sayda dostlarım, tanışlarım var. Onların hər birini çağırsam, gərək stadion tutam. Mən isə "Neolit"də keçirmək istəyirəm".
Ola bilər ki, gələn qonaqlar sırasında yaradıcılığında böyük əməyi olan İbrahim Tatlısəs də olsun, sualına Günel belə cavab verdi: "Əslində mən İbrahim Tatlısəsi çağırsam, gələr. Amma mən tək burda deyil, orada ad gün keçirməyi planlaşdırıram. Burada keçirib, gedəcəyəm Türkiyəyə. Allah qoysa, noyabrın əvvəli orada keçirəcəyəm. Ona görə, mən İbrahim Tatlısəsə əziyyət vermək istəmirəm. Oradakı ad günümdə bütün sənətçilər iştirak edəcək. Onların arasında mənim ən yaxın sənətçi dostlarım olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB