Kamildən yenilik AÇIQLAMA-VİDEO

Müğənni Kamil Cəfərov repertuarını yeniləyib. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Uzun müddət idi ki, yeni mahnı üzərində çalışırdım. Nəhayət bəstə hazırdır. Mahnı "Eybi yox" adlanır. Bəstənin sözləri və musiqisi Elvin Mehmanlıya, aranjemanı İlkin Valehoğluna aiddir. Yeni mahnım nakam sevgiyə həsr olunub".

İfaçı yeniliyinin bununla bitmədiyini bildirib: "Fotokamera önünə keçərək, yeni fotosessiya etdirmişəm. Şəkilləri fotoqraf İsmail Rzayev lentə alıb. Sözügedən fotosessiyamı tezliklə təqdim edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə