Xalq artisti Faiq Ağayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib.
SİA-nın məlumatına görə, xalq artisti əsgərlər üçün sevilən mahnılarını səsləndirib.
Konsertdən müsbət emosiyalarla ayrılan F.Ağayev qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyətinə səmimi görüş üçün təşəkkürünü bildirib: “Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində əziz əsgər və zabitlərimizin qarşısında konsert proqramı ilə çıxış etdim. Bu səmimi görüş mənə bir ümman doğmalıq, hörmət, rəğbət bəxş etdi. Qoşunların komandanlığına, hərbi hissənin rəhbərliyi və şəxsi heyətinə bu qiymətli, əvəzsiz münasibətə görə qəlbən minnətdaram. Ömürlük həkk olundunuz ürəyimə. Doğmalarım kimi! Allah Azərbaycan əsgər və zabitlərini qorusun!”.
Qeyd edək ki, konsertdə xalq artisti ilə birlikdə müğənnilər Fərid Həsənov, Həcər Əliyeva, Hüseyn Abdullayev də çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB