Burak və Fahriyye 20 gündən sonra Bakıya gəlir

Burak və Fahriyye 20 gündən sonra Bakıya gəlir

"Kardeşim Benim 2" filminin qala gecəsi üçün biletlər artıq Park Cinemada artıq satışdadır. SİA-nın məlumatına görə, tədbir 30 noyabr saat 19:00-da, baş tutacaq. Qala gecədə Türkiyənin tanınmış aktyorları Burak Özçivit və xanımı Fahriyye Özçivit iştirak edəcəklər. Filmin premyerası AZERCELL IMAX zalı, həmçinin "Park Cinema" Flame Towers kinoteatrının digər zallarında da nümayiş olunacaq. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və aktyorlar Burak Özçevit və Fəxriyyə Özçevitlə birgə film izləmək imkanı gözləyir.

Xatırladaq ki, sözügedən film 2016-cı ilin ən çox izlənilən filmləri siyahısında yer almış "Kardeşim Benim" filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləyib. İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onla yenə bir araya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə