Üç məşhur bir arada AÇIQLAMA

Aranjemançı Fərid İman çalışdığı müğənnilərdən söz açıb. SİA-ya açıqlama verən Fərid həmin sənətçilərin adlarını da deyib: "Bir çox sənətçilərlə iş birliyim olub. Hazırda da iki müğənni ilə yeni iş birliyinə imza atmışıq. Belə ki, ifaçılar Rəvan Qarayevlə və İradə Mehri ilə birgə yeni işlərimiz var. Adını açıqladığım sənətçilərlə yeni proyektlər üzərində çalışırıq. Ümid edirəm ki, iş birliyimiz uğurlu olacaq. Yeni işlərimizi tezkliklə dinləyicilərin ixtiyarına verəcəyik".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə