Üç gündən sonra bu məşhurlara mükafat veriləcək AÇIQLAMA+FOTO

Üç gündən sonra bu məşhurlara mükafat veriləcək AÇIQLAMA+FOTO

27 Oktyabr 2017-ci il tarixində “Show Production”nun təşkilatçılığı “Star-2017” milli mükafatlandırılmasının səsverməsi davam edir. SİA-ya bu haqda “Show Production”ın açıqlama verib: " “Star-2017” milli mükafatlandırılmasının səsverməsi davam edir. Səsvermədə müğənnilər, bəstəkarlar, təşkilatçılar, aktrisalar, aktyorlar, modelyerlər, modeller, prodüsserlər, rejissorlar, media nümayəndələri, rəqqasələr, stilistlər, vizajistlər, fitnes müəllimləri, butiklər və s. yer alır. Qeyd olunan kateqoriya üzrə əgər siz də öz namizədinizi mükafatlandırmada görmək istəyirsinizsə səsinizi seçdiyiniz namizədə verərək onu irəli çəkə bilərsiniz. Həmçinin siz də, sənətinə, gördüyü işlərinə güvəndiyiniz hər hansısa kateqoriyaya uyğun namizədlərinizi @showproduction və @showbiz.az "İnstagram" səhifələrində yer alan uyğun bölmələrdə adını qeyd edərək səsverməyə daxil edə bilərsiniz. Səsvermə 26 oktyabr 2017-ci il tarixində 23:59 da dayandırılacaq".

“Star-2017” milli mükafatlandırılmanın informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə