“Maşın” realiti-şousunda iştirak edən sənətçinin uçuq-sökük evi VİDEO
“Maşın” realiti-şousunun yaradıcı heyəti yarışda iştirak edən müğənni Talıb Talenin atasının yaşadığı Göygöldəki evdə olub. SİA-nın məlumatına görə, ifaçının atasının uçuq-sökük evi hər kəsi şoka salıb.
Sənətçinin atası Ələsgər Ələsgərov oğlu ilə bağlı fikirlərini bölüşüb: “Talıb Aşıq Ələsgərin kötücəsidir. Universitetdə oxuyandan sonra Taleh soyadını götürüb. Bu soyadı ona Anar Nağılbaz verib. Talıbı şouda təkləmişdilər. Onun çıxışlarında bəzən çox kövrəldim. İndi də həyəcanlanıram”.
Talıbın ögey anası Validə Bağırova ifaçıdan danışarkən kövrəlib: “Burada əsas maşın deyil. Önəmli olanTalıbın mərd dayanmasıdır. Heç kimə zərbə vurmadı, tamaşaçı da bunu gördü. Axşam bacısı da atasına zəng vurdu, onu şouda qaldığına görə təbrik etdi. İkisi də ağladı. Həqiqətən də adam kövrəlir. Elə bilirəm Talıb öz oğlumdur”.
Talıb isə atasına səslənərək, həyəcanlanmamasını istəyib: “Ata, oğlunla fəxr edə bilərsən. Çox təəssüf, anam bu günləri görə bilmədi. Amma hər şey yaxşıdır. 1988-ci ildə Ermənistandan qaçqın düşmüşük. Mənim uşaqlığım o evdə keçib. Universitetə daxil olandan sonra Bakıda yaşayıram. Onu da deyim ki, atamın səhhətində problem var, dializ xəstəsidir”.
http://embed.myvideo.az/flv_player/embed.php?video_id=2421617
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB