Pərvin Abiyeva: "Tamaşaçıları 3 ay bezdirəcəyim üçün çox sevincliyəm" AÇIQLAMA
Aktrisa Pərvin Abiyeva daha bir filmdə rol alıb. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: ""Gecə qonağı2" filmində çəkildim. Ekran işinin 4 gündən sonra möhtəşəm qala gecəsi baş tutacaq. Film kinoteatrlarda oktyabr, noyabr, dekabr aylarında nümayiş olunacaq. Tamaşaçıları 3 ay bezdirəcəyim üçün çox sevincliyəm (gülür). Komanda olaraq çox həyəcanlıyıq ki, "Gecə qonağı 1" izləndiyi kimi "Gecə qonağı 2" də baxılıcaq? "Gecə qonağı 2" ailəsi olaraq xeyli müddətdir təqdim edəcəyimiz zamanı gözləyirik. Oktyabr ayının 2-dən etibarən film tamaşaçıların ixtiyarında olacaq. İnanırıq ki, hər kəs filmimizi bəyənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB