Mustafa Cecelinin Bakıya gəlməsinin səbəbi bəlli oldu AÇIQLAMA-FOTO
Türkiyənın tanınmış müğənnisi Bakıya gəlib. Onun paytaxtımıza gəlişinə səbəb Azərbaycanla bağlı bir neçə yeni layihələri gerçəkləşdirməkdir. Bu haqda SİA-ya prodüser Roland Bayramov açıqlama verib: "Bildiyiniz kimi, Mustafa Ceceli payaxtımızın qonağıdır. Onun Bakıya gəlməsinə məqsəd Azərbaycanla bağlı bir neçə yeni layihələri həyata keçirməkdir. Belə ki, qardaş ölkənin sənətçisi Azərbaycan bəstəkarlarının mahnılarını ifa edəcək. O, hazırda bəstəkar Kəmalə Qasımova ilə iki yeni mahnı üzərində çalışır. Bəstənin biri hazırdır. Mahnının sözləri və musiqisi bəstəkar Kəmalə Qasımovaya, aranjimanı isə Mustafa Cecelinin özünə məxsusdur. Bundan başqa Mustafa yerli müğənnilərlə də bir çox maraqlı layihələr edəcək. Belə ki, türkiyəli sənətçi Azərbaycanın bəzi müğənnilərinin mahnılarını ifa edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB