Mervenin Muratla 2 illik evliliyi bitdi FOTOLAR

Mervenin Muratla 2 illik evliliyi bitdi FOTOLAR

Murat Dalkılıçla 2 illik evliliyini bitirmək üzrə olan aktrisa Merve Boluğur əri ilə yaşadığı Yeniköydə yerləşən evdən ayrılıb. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, aktrisa yeni ev axtarışına çıxıb. Boluğur xəyalındakı evi tapa bilmədiyi üçün Çeşməyə gedib. O, boşanma məhkəməsinə qədər Çeşmədə dostları ilə istirahət edəcək.

Aktrisanın anası Nehra Boluğur Muratla yaşadığı evdən qızının özəl əşyalarını götürərək, öz yaşadığı mənzilə yerləşdirib. Nehra xanım, qızının istirahətdə olduğunu bilərək, özü Merve üçün yeni ev axtarır.

Aktrisa Merve Boluğura, ailəsi və dostları "Barışın" sözünə aktrisa "Bu evlilik tamamilə bitdi. Artıq geriyə dönüş yoxdur" sözlərini deyib.

Qeyd edək ki, cütlüyün boşanma məhkəməsi sentyabrın 15-də baş tutacaq. Ayrılmağa razı olan Muratla Mervenin ilk məhkəmə prosesində boşanacaqları deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə