Müğənniyə nazirlikdə vəzifə verildi

Müğənniyə nazirlikdə vəzifə verildi

Əsl peşəsi həkimlik olan müğənni Ferhat Göçer Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsinə gətirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bundan sonra nazirliyin mətbuat xidmətində çalışacaq. Göçerin bu işdən ayda 5 min lirə (təxminən 2500 manat) maaş alacağı deyilir.

O, vəzifəsi çərçivəsində müxtəlif toplantılara qatılaraq seminarlar təşkil edəcək, tanıtım çarxları hazırlayacaq, şəkərli diabetdən xərçəngə qədər bütün xəstəliklərlə bağlı maarifləndirmə işi aparacaq. Ferhat bu işi görməkdən qürur duyduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə