Müğənni Yeganə ana olmağa hazırlaşır

Müğənni Yeganə ana olmağa hazırlaşır
Türkiyə şou-biznesində uğurla addımlayan tanınmış müğənni Yeganə ana olmağa hazırlaşır. Hazırda Bakıda olan müğənni bu sevincini SİA ilə bölüşüb. O, özünü çox xoşbəxt hiss etdiyini bildirib: "Bu çox gözəl hissdir. Olmayanlara da arzulayıram. Ana olmaq təbii ki, hər bir qadının arzusudur, eləcə də mənim".

Sənətçi uşağın cinsiyyətinin hələ məlum olmadığını deyib: "Mənim üçün də, Fateh üçün də uşağın qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, əl-ayağı düz olsun və xeyirli övlad olsun. Ana olmağa hazırlaşan bütün qadınlara da bunu arzulayıram".

Yeganə onu da qeyd edib ki, hazırda Bakıda olsa da, Türkiyədə də işini davam etdirir. Yaradıcılıq işlərini axsatmamağa çalışan sənətçi tədbirlərə, şou-proqramlara, el şənliklərinə də qatılır.

Bütün xəbərlər Facebook səhifəmizdə