Azərbaycanlı aktrisa: "Xınayaxdı mərasimlərində başıma gəlməyən hadisə qalmayıb" AÇIQLAMA
Aktrisa Ülviyyə Əliyeva xınayaxdı mərasimlərində başına gələn maraqlı hadisələrdən söz açıb. SİA-ya açıqlama verən aktrisa bunları deyib: "Bildiyiniz kimi, aktrisalıqla yanaşı xınayaxdı mərasimlərinə də gedirəm. Məclislər idarə edirəm. Həmin mərasimlər zamanı başıma çox işlər gəlib. Belə ki, elə bəy gəlin olub ki, xınayaxdı mərasimində bir-birilərini ilə dalaşıblar, ailə qurmaq istəməyiblər, barışdırmışam. Hətta elə gəlin olub ki, mərasim zamanı qaynanası ilə əlbəyaxa dava edib, sakitləşdirmişəm. Məclisi yola vermişəm (gülür). Bir sözlə, xınayaxdı mərasimlərində başıma gəlməyən hadisə qalmayıb. Yenicə ailə quran hər bir cütlüyü xoşbəxtlik arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB