Azərbaycanlı müğənnidən sərt reaksiya AÇIQLAMA

Azərbaycanlı müğənnidən sərt reaksiya AÇIQLAMA

Müğənni Damla haqqında xəbər yayılıb. Məlumatda deyilir ki, "Damlanın yaxınlarının iddialarına görə ifaçı narkotik düşgünü olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır".

Məsələ ilə əlaqədar olaraq ifaçının özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən ifaçı haqqında yazılan xəbərə görə əsəbiləşib: "Həyasızca yazılan bu məlumata nə ad vermək olar? Siz mənim həyatımı müzakirə etməkdən zövq alırsınız. Ev üzü görməyən, dincəlməyə 1 saatı olmayan insan necə günlərlə yatıb qala bilər? Hər gün getdiyimiz məkanlardan paylaşılan şəkilləri, videoları görməyəcək qədər şüursunuz. İşimlə bağlı nə problemim olarsa, onun hesabını sizəmi verməliyəm? Mənim haqqımda belə dedi-qodu yayanlara səslənirəm. Evinizdə körpə uşağınız, ailəniz yoxdur? Nə haqla ağzınıza gələni yaza bilərsiniz? Məni gözdən salmağa gücünüz yetməz. Mən ulduzluğu, zirvəni, məşhurluğu dərk edən insan deyiləm. Çünki hər şeydən uca olan Allahdır. Biz sənətçilər gecə-gündüz yatmadan, dinclik görmədən yollardayıq. Mənə "narkoman" deyən jurnalistlər Allah sizi bildiyiniz kimi etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə