Amerikada yaşayan aparıcımız nələr dedi?

Amerikada yaşayan aparıcımız nələr dedi?

Amerikada yaşayan aparıcımız Günel Musəvi izləyiciləri üçün yeni fotosunu paylaşıb. SİA-nın məlumatına görə, aparıcı hər kəsi sadə olmağa çağırıb: "Gəlin sadə, özümüz olaq. Mən elə mən olmaq istəyirəm. Heç kimə baxıb, özümü dərdə salmaq istəmirəm. Kimsə arıqdı, mən bir az kilolu. Kimsə çox imkanlıdır, mən isə maaş gözləyirəm, canım sağ olsun. Kimsə məndən gözəldir, vallah mən Allahın verdiyi vücuddan razıyam. Kimsə qabağa gedir, mən illərlə eyni yerdə durmuşam, nə olsun, hərənin bir məqsədi var. Kimsə instaqramda gündə min şəkil paylaşır, mən ayda bir dəfə, demək belə məsləhətdir. Bu arada qızım qucağımdan düşmək istəmir, son zamanlar elə bu səbəbdən tez-tez belim tutur".

Bütün xəbərlər Facebook səhifəmizdə