Müğənni-bəstəkar Murad Arif özünü tərifləyib. SİA-nın məlumatına görə, ifaçı maraqlı etiraflar edib: “Harada olmağımdan asılı olmayaraq, hər yerdə dağ başındayam. Təkəbbür etmirəm. Sadəcə Allahıma olan sevgimdən özümü o qədər böyük hiss edirəm ki... Şirin, bəmbəyaz şüalarından gözüm yaşlanır. Ən yüksək dağların havası ciyərlərimə, damarlarıma dolur. Uçuram! Sevginlə uçuram, Allahım! Bu hissi hər kəsə yaşat. Cənnət nə gözəldir. Ağlıma sığmır ki, səni duymadan necə yaşayırlar? Hər saniyəmin milyonda birinə milyardca şükür”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB