"Bakı Gözəli-2017" gözəllik yarışması keçiriləcək

"Bakı Gözəli-2017" gözəllik yarışması keçiriləcək

"Şou Prodakşın"ın təşkilatçılığı ilə "Bakı Gözəli-2017" gözəllik yarışması keçiriləcək. SİA-nın məlumatına görə, yarışmada iştirak edən xanımların hər biri tanınmış insanlardan və mütəxəsislərdən ibarət olan münsiflər heyəti tərəfindən seçiləcək. Seçim turu 29 iyul saat 17:00-da "Shot Baku" da təşkil olunacaq. Seçim turunu uğurla keçən iştirakçı növbəti mərhələyə vəsiqə qazanacaq.

Qeyd edək ki, yarışmanın qalibinə diplom, tac, lent və Türkiyəyə istirahət kuponu və s. hədiyə olaraq təqdim olunacaq. Digər yerləri qazanan qaliblərə də diplom, lent və müxtəlif hədiyələr təqdim olunacaq.

Yarışmada iştirak etmək istəyən iştirakçılar buyurub əlaqə saxlaya bilərlər. (İştirak etmək istəyən iştirakçılar öz şəkillərini və əlaqə nömrələrin bu profilin inbox-na və "İnstagram" səhfəmizə göndərə bilər. Tel : +994 55 982 80 12
https://www.facebook.com/souprodaksn.prodaksn

Qeyd edək ki, layihənin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə