Aparıcı Vüsalə Əlizadə uşaqlıq arzusunu gerçəkləşdirib. SİA-nın məlumatına görə, aparıcı İranda xəstəxanalardan birində əməliyyat zamanı iştirak edib. O, təəssüratlarını belə dilə gətirib: "Bu gün uşaqlıq arzumu həyata keçirdim. Mənim uşaqlıq arzum qadın həkimi, yəni, ginekoloq olmaq idi. Qismət olmadı, amma əminəm ki, o işdə də olsaydım fərqli, işinin peşəkarı bir həkim olardım. Çünki mən həyatı, insanları xoşbəxt etməyi sevirəm. Özüm də işimin uğurundan zövq alıb xoşbəxt olan insanam. Çox şükür Allahıma".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB