Emil Bədəlov yeni seriala çəkilir

Müğənni Emil Bədəlov yeni seriala çəkilir. SİA-nın məlumatına görə, ifaçı “Lal yuxu” adlı yeni serialda rol alacaq.

“Oksimed” şirkəti tərəfindən lentə alınan ekran işi “Xəzər” telekanalında yayımlanacaq. Bu haqda filmin baş rol ifaçılarından olan rəqqasə Oksana Rəsulova deyib.

Film yeni mövsümdə ekrana gedəcək.

Qeyd edək ki, Emil bundan əvvəl “Mən evə qayıdıram” filmində rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə