Bu gün Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənətçi Azəri qızı Günel media qarşısına çıxıb. SİA-nın məlumatına görə, Günel yeni "Sevgi istəyirəm" mahnısını ilk olaraq elə jurnalistlərə təqdim edib. Musiqisi Nazim Məmmədova, sözləri isə Nurlana məxsus olan yeni mahnı Türkiyədə yazılıb. Mahnını aranjimançısı Türkiyənin məşhur bəstəkarı Kerem Öktendir. Kerem Türkiyədə bir çox məşhur simaların mahnılarını aranjiman edir.
Sənətçinin təqdim etdiyi eyniadlı disk də xüsusidir. Belə ki, burada adəti üzrə bir neçə mahnı deyil, yalnız "Sevgi istəyirəm" ifası yer alıb. Yeni diskə həmçinin "Yeni səhifə" adlı klip də əlavə edilib. Qeyd edək ki, sənətçi mahnıya sentyabrın sonları klip də çəkdirməyi planlaşdırır.
Azəri qızı Günel hər zaman olduğu kimi tədbirə tək deyil, böyük bacısı və atası ilə təşrif buyurmuşdu. Onu müşahidə edən tək doğmaları deyil, yaxın dostu, mahnının bəstəkarı Nazim Məmmədov idi.
Tədbirin daha bir maraqlı məqamı Röya Ayxanın qonaq qismində iştirak etməsi olub. Tədbir başlayandan 1 saat sonra gələn Röya jurnalistlərin qarşısında, Günelin yanında əyləşdi. Azəri qızına hər zaman dəstək olduğunu dilə gətirən Röya onu da qeyd etdi ki, Günel və onun qardaşı Tunarla duet oxumağı da düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB