Müğənni Sevda Yahyayevadan gözlənilməz açıqlama: “Məni heç kimə bənzətməyin!”
Bir neçə gün budan əvvəl yerli saytların birində populyar Azərbaycan estrada müğənnisi Sevda Yahyayevanın tanımış türk müğənnisi Gülben Ergenə oxşarlığından bəhs edən fotosessiya yayımlanıb. Düzdür, fotolardan sonra Sevda jurnalistlərin ünvanına heç bir iradını bildirməsə də təşkil olunan məclislərin birində yenidən foto-kameraların hədəfinə tuş gəldiyini görüb gözlənilməz açıqlama ilə çıxış etdi. "Məni heç kimə bənzətməyin! Bu sözlərim haradasa əmr formasında səslənsə də heç də belə deyil. Sadəcə səhnədə əsl Sevda Yahyayevanı göstərirəm. Hesab edirəm ki, istəyimi reallaşdırıram da. Səs tembrim, xarici görkəmim fərqlidir. Müğənni kimi bundan artıq nəyə nail ola bilərəm ki?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB