Bilal Əliyev: “Çalışmışam ki, səhnəyə mədəni bir Azərbaycan oğlu kimi çıxım”

Bilal Əliyev: “Çalışmışam ki, səhnəyə mədəni bir Azərbaycan oğlu kimi çıxım”
Yeni mövsümdə bir çox müğənnilər imicini dəyişərək tamaşaçıların qarşısına yeni stildə çıxacaqlar. Xalq artisti Bilal Əliyev bu yöndə dəyişiklik etmək niyyətində olmadığını SİA-ya bildirib: "Mənim bir imicim var – mədəni geyinmək, səliqəli olmaq, insanlar arasında abrımı gözləmək, xalqa hörmətlə yanaşmaq. Çalışıram ki, xalqın qarşında çıxışlarımla bir çoxlarından seçilim. Həmişə kostyumda, qalstukda olmuşam və məni yenə də bu imicdə görəcəklər. Heç vaxt imicimi dəyişməmişəm və dəyişmərəm də... Hər zaman səhnədə mədəni formada çıxış etmişəm. Çalışmışam ki, səhnəyə şıllaq ata-ata yox, mədəni bir Azərərbaycan oğlu kimi çıxım. Öz zövqümlə geynirəm, nə imicmeyker, nə də stilistim var. Nəyi bəyənirəmsə, onu da alıram. Hesab edirəm ki, mənim zövqüm düzgündür. Mənim geyimimdə rənglər bir-birini tamamlayır".

Bütün xəbərlər Facebook səhifəmizdə