Murad Arifin uşaqlıq FOTOSU

Bəstəkar, müğənni və aparıcı Murad Arif şəxsi hesabında uşaqlıq şəklini yayımlayıb. SİA-nın məlumatına görə, sənətçi fotoya bu sözləri yazıb: "Nə qədər vaxtınız var? Təəcüblənməyin. Həqiqətən mənə təxminləriniz maraqlıdır. Nə düşünürsünüz bu barədə? Hər zaman başqalarının başına gələn bir məqam haqda necə, düşünürsünüzmü heç? O, vaxtı bitənlər də hər zaman siz deyilsiniz. Doğma və yad ola bilər. Amma, hər zaman başqa birisidir. Deməli vaxtınız var hələ, elə mi? O zaman, o vaxtınızı nəyə sərf edirsiniz? Tutalım yeni bir günə başladınız. Necə keçəcək gününüz? Planlaşdırmısınız? İş? Ev təmizliyi? İmtahan? Rayona gedirsiniz? Yoxsa səyahət? Həyatınızı arzuları dadmadan xərcləmək ləzzət edir? Ümumiyyətlə, bu barədə nə düşünürsünüz? Kim sizi göndərib bura? Niyə? İstədiyini etmədən, demədən, geyinmədən, yaşamadan, almadan, öyrənmədən, dəyişmədən yaşamaq sizə nə verir? Sırf arzularınızı soruşuram. Mənə maraqlıdır ki, siz azərbaycanlılar, arzunuzu xatırlayırsınız? Yoxsa, uşaqlıqda oynatdığınız nimdaş "mişka" kimi tozlu dolabın arxasına tullamısınız? Bağışlamağı və ya üzr istəməyi, necə? Çatdırırsınız? Bəlkə sabah, kiməsə yazasınız, zəng edəsiniz, içinizdəki inciklikdən qurtulasınız və ya sizi sıxan vicdanızı rahat edəsiniz? Yoxsa, düşünürsünüz ki, hələ vaxtı deyil, hə? O zaman bircə sualıma cavab verin. Nə qədər vaxtınız var?".

Bütün xəbərlər Facebook səhifəmizdə