Xuraman əsəbiləşdi: "Sizin çörəyinizi yeyib, kökəlmirəm" FOTOLAR
Aktrisa Xuraman Əlizadə görkəmi ilə bağlı irad tutanlara sərt cavab verib. SİA-nın məlumatına görə, aktrisa köklüyündən razı olduğunu bildirib: “Kök olmağımla bağlı, mənə öz səviyyəsində söz yazanlara cavab vermək istəyirəm. Sizin ananız, bacınız, ümumiyyətlə, nəslinizdə artıq çəkili xanım yoxdur? Biri arıq, biri kök olar. Sizin çörəyinizi yemirəm. Halal zəhmətimi qazanıb yeyirəm. Allah hamının ruzisini versin. Sözüm bəzi etik qaydaları bilməyənlər üçündür. Sənət adamlarını qaralamaqdan başqa heç nə bilməyənlər, özünüzdə qüsur və səhv axtarın".



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB