Müğənni Beyons və reper Cey Zi ikinci dəfə valideyn olublar. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 36 yaşlı ifaçı bir oğlan və qız dünyaya gətirib. Məlumata əsasən, körpələrin və ananın vəziyyəti yaxşıdır.
Qeyd edək ki, doğuş Los-Ancelesdəki xətəxanalardan birində gerçəkləşib. İddialara görə, Beyons və əri xəstəxananın 4-cü mərtəbəsini bütünlüklə kirayələyiblər. Bunun üçün onlar 1,3 milyon dollarlarından keçməli olublar. Bundan başqa, xəstəxananın mühafizə sistemi gücləndirilib.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl mediada Beyonsun evində doğuş üçün palata hazırlatdığı və bütöv bir tibbi heyətin onun qulluğunda durduğu yazılmışdı. Lakin müğənni sonradan fikrini dəyişərək xəstəxanaya yerləşmək qərarına gəlib.
Cütlüyün Blu Ayvi adlı 5 yaşlı bir qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB