Murad Dadaşov yenidən efirə çıxdı

Murad Dadaşov yenidən efirə çıxdı

Əməkdar artist Murad Dadaşov “Maşın” şounun canlı efirinə çıxıb. SİA-nın məlumatına görə, M.Dadaşov dünən onu əvəz edən məşhurlara və əməliyyat edən həkiminə təşəkkürünü bildirib: "İlk dəfə idi ki, “Maşın” şounu evdən izləyirdim. Ayağımda bir balaca problem yaranmışdı. Ayağımla bağlı yüngül əməliyyat keçirdim. Şükür, indi ayaqüstəyəm. Bu gün də sizinləyəm və ümid edirəm ki, sona qədər sizinlə birlikdə olacağam. Qaliblərdən birini elə birgə yola salacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə