"Nar Mobile"ın sponsorluğu, "Ulduz" prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu çərçivəsində müğənnilər Röya və Zamiq 5 sentyabrda Sumqayıt şəhərində konsert proqramı ilə çıxış ediblər. SIA-nın məlumatına görə, sumqayıtlılar Röya və Zamiqə göstərdikləri maraqla Türkiyənin məşhur pop müğənnisi Tarkanın aqibətini yaşadıb. Həmişə konsertlərində şəxsi avtomobilləri fanatlar tərəfindən əhatəyə alınan Tarkanın analoji vəziyyətini Röya və Zamiq də yaşayıb. Ucadan, aramsız "Röya" və "Zamiq" sədaları eşidən müğənnilər sevgi təzyiqləri altında səhnəyə çıxıblar.
Konsertdə qısa vaxt ərzində işıqlar sönsə də, bu hal tamaşaçıların və müğənnilərin əhvalını korlaya bilməyib. Konsert uğurla başa çatıb.
Sadiq aparıcılar Samir Bayramlı və Sevinc Ağaşirinov bu dəfə də öz missiyalarını yerinə yetiriblər. Konsertdə "Nar Mobile" şırkətinin nümayəndəsi Fərid Məmmədov çıxış edib və uduş kampaniyası ilə bağlı tamaşaçıları məlumatlandirib.
Layihənin növbəti və son konserti sentyabrın 12-də Bakıda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB