Paytaxtda yerləşən istirahət mərkəzlərinin birində populyar Azərbaycan rəqqasəsi, hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova, "MM production"ın təşkilatçılığı ilə sayca ikinci solo konserti ilə pərəstişkarlarının qarşısında çıxış etdi. SIA-nın məlumatına görə, açıq havada, saat 21.00-da başlamalı olan proqrama düz 1 saat 25-dəqiqə gecikmə ilə start verildi.
ATV telekanalının aparıcısı Samir Bayramlı gecənin aparıcısı kimi səhnədə göründü və qonaqları salamladıqdan sonra Oksananın həyat və yaradıcılığından bəhs edən məlumatları qonaqların diqqətinə çatdırdı. Nəhayət ki, gecənin səbəbkarı qolları kəndirlənmiş şəkildə, iki rəqqasın müşayiəti ilə səhnəyə tərəf yol aldı. Biri-birinin ardınca maraqlı rəqs nömrələri göstərən Oksana havanın küləkli olmasına baxmayaraq səhnədə əsl şou göstərməyə müvəffəq oldu. Hər ifasını etdikdən sonra yaranmış kiçik fasilələrdə müğənni dostları səhnəyə çıxıb öz mahnılarını ifa etdilər.
Xüsusi olaraq bir məqama toxunmaq istərdik ki, Azərbaycanın Stiv Underi hesab edilən Murad Sadıxın səhnəyə çıxışı zaman tamaşaçılar heç bir müğənniyə göstərmədikləri isti münasibəti gənc istedaddan əsirgəmədilər. Sürəkli alqış sədaları altında səhnədə çıxış edən Murad gecənin səbəbkarından sonra ən çox maraq göstərilən ulduzuna çevrildi desək, daha düzgün olar. Bundan ilhamlanan Oksana isə necə deyərlər, "Stiv Under"i konsertində görüb səhnədə tozanaq qopardı.
Gecəyarısına qədər davam edən konsertin sonuna yaxın rəqs sevənlərə minnətdar olduğunu bildirən Rəsulova böyük həvəslə konsertinin sürprizini təqdim etməkdən ötrü əlinə mikrofon götürdü. Bəli, rəqqasə çox şık gecə paltarı ilə növbəti dəfə səhnədə müğənni kimi parladı. Gənc reper Rauf Əhmədovun yazdığı "Rəqs" mahnısını, müəllifin özü ilə birlikdə duet kimi oxuyan rəqqasə heç də zəif səs imkanlarına sahib olmadığını da nümayiş etdirdi. Müğənniliyə iddalı olmadığını söyləyən rəqqasənin maraqlı performans sərgilənməsi, gecənin ən möhtəşəm çıxışı kimi yadda qaldı.
Amma bir maraqlı məqam da nəzərimizdən qaçmadı. Müğənnilər rəqqasə Oksananın konsertində bütünlüklə "xaltura" elədilər. Məkana təşrif buyuran ilk populyar sima isə reper Elşad Xose oldu. Oksananı hər şeyin yaxşı sonuclanacığına inandıran Elşadın sırasına daha sonra digər müğənnilər - Murad Sadıx, Emil Bədəlov, Xuraman Şuşalı, Səidə Sultan, Zamiq Hüseynov, İzzət Bağırov və başqaları qoşuldular.
Fonoqramla dostlarını təbrikə gələn bəzi ulduzlar isə səhnənin gözdənuzaq bir yerdə olmasından və qaranlıqda üzlərinin tam görünməməsindən istifadə edib əməlli-başlı "xaltura" etdilər. Səsləri eşidilsə də özləri oxumaqdansa səhnədə onları görüntüləyən fotoqraf və operatorlarla zarafatlaşıb söhbət etməyi daha üstün saydılar. Bircə Azərbaycanın "Stiv Under"i Murad Sadıxdan başqa. İfasının fonoqram olmasına baxmayaraq Murad sənətini çox sevdiyini oxuduğu iki mahnı zamanı bir daha sübut etdi.
Konsertdə yetərincə populyar simanın iştirak etməsinə baxmayaraq, KİV nümayəndələri böyük səbirsizliklə ən çox Oksananın rəqabətdə olduğu həmkarı Fatimə Fətəliyevanın yolunu gözlədilər. Gəlib-gəlməyəcəyi sual altında olan Fatimə, təəssüflər olsun ki, yenicə barışdığı O.Rəsulovanın sevincini bölüşmək istəmədi.
Sonda vurğulamaq istərdik ki, konsertdə heç bir insident yaşanmadı. Hamı yüksək əhval-ruhiyyədə məkanı tərk etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB