Populyar estrada müğənnisi Nüşabə Ələsgərlinin ərə getməsi haqda xəbərlər ildırım sürəti ilə mətbuatda yayılıb. İnformasiyaya görə, müğənni əslən Cənubi Azərbaycandan olan Rza adlı cangüdəni ilə çox kiçik ailə məclisi düzənləyərək ikinci dəfə ailə qurub. SİA-nın məlumatına görə, cütlük evlilik xəbərinin geniş ictimaiyyətdə yayılmaması üçün, qonaqlarını hansısa restoranda yox, bağ evində başlarına toplayıblar. Xəbərə aydınlıq gətirməkdən ötrü Nüşabə xanımın mobil telefonuna zəng etdik. Özünü müğənninin prodüseri kimi təqdim edən Hacı adlı şəxs, məsələnin mahiyyətini biləndən sonra bildirdi ki, sənətçinin şəxsi həyatı ilə bağlı açıqlama vermək iqtidarında deyil.
Maraqlıdır, görəsən mobil telefonundan bir an belə ayrılmayan Ələsgərli nə üçün şəxsi nömrəsinə prodüserinin cavab verməsini məqsədəuyğun sayır? Bəlkə, ərə getmək xəbərinin kökü sadəcə müğənninin piar olunmaq istəyinə söykənir?
Sonda bir əlavəni də qeyd edək ki, Nüşabə Ələsgərli ərə getməsi haqda dolaşan fikirləri təkzib edərək deyib ki, onu Xuraman Şuşalı ilə səhv salıblar. Çox qəribə müqayisədir, deyilmi? Axı, bu iki xanım müğənnini birləşdirə biləcək heç bir oxşar xüsusiyyətləri yoxdur. İstənilən halda, iki uşaq anası olan Nüşabə xanıma xoşbəxtlik arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB