Bilal Əliyev bu yay istirahət etməyib

Bilal Əliyev bu yay istirahət etməyib
Bir çox sənətçidən fərqli olaraq xalq artisti Bilal Əliyev yayın isti günlərində heç yerdə istirahət etməyib. Bütün enerjisini yaradıcılığına həsr edən sənətkar hazırda yeni proqram üzərində çalışdığını SİA-ya açıqlayıb: "Rusiyadan yeni qayıtmışam, orada konsertlərimiz təşkil olunmuşdu. Hazırda Avropaya getməyə hazırlaşırıq, sonra konsert proqramı ilə çıxış etmək üçün Amerikaya gedəcəm. Daha sonra da İrana səfərim var".

İstirahətə gəlincə, müğənni Azərbaycanda dincəlməyə daha çox üstünlük verir: "Hazırda Azərbaycan o qədər inkişaf edib ki, dünyanın heç bir ölkəsinə gedib istirahət etməyə ehtiyac qalmayıb. Digər ölkələrdə olan istirahət guşələri artıq burada da var. Qəbələ, Quba, Xızı, Masallı, Yardımlı – sizcə, bu cür gözəl guşələri qoyub harasa getmək olar? Azərbaycanın yerini heç bir ölkə verə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə