Azəri qızı Günelin ən böyük arzusu

Türkiyənin yerli kanallarının birində müğənni Pətək Dinçözün təqdim etdiyi "Arım Balım Pətəyim" proqramına qonaq olan Azəri qızı Günel arzularından bəhs edib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Günel həyatındakı ən böyük arzusunun Həcc ziyarətinə getmək olduğunu bildirib.

Günel açıqlamasında belə danışıb: "Atamın adı da Rəhmandır. Atamla müqəddəs torpaqlara getməyi çox istəyirəm. Yuxumda həqiqətən bir dəfə orada oldum. Ayaqyalın getdim. Üstümdə qapqara bir çarşab vardı. Kəbədə əllərimi açıb Allaha dua edirdim. Ora çox fərqli bir yerdir. Orada nə kin, nə qısqanclıqlar, nə də yalan var. Ora saf və təmiz duyğularla zəngindir. Məscidə gedincə necə içini dinclik örtürsə, orada bu halı daha çox hiss edirsən."

Bundan başqa, ilk səhnəyə çıxdığı illərdən sonra xarici görünüşündə böyük bir dəyişiklik yaşayan və saçları olduqca bəyənilməyən Günel nəzərə gəldiyini söyləyib. Saçlarının yandığını ifadə edən Günel, "Saçlarımın rəngini hər kəs çox bəyənirdi deyə nəzərə gəldi. Saçlarımı fenləyərkən yandırdım və kəsdirmək məcburiyyətində qaldım"-deyə qeyd edib.

Azəri qızı onu da vurğulayıb ki, əsəbiləşdiyində özünü qadın salonunda sakitləşdirir: "Qadın salonu ikinci evim kimidir. Orada rahatlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə