Kərim illərdir çalışdığı prodüseri ilə yollarını ayırdı AÇIQLAMA
Müğənni Kərim Abbasov illərdir çalışdığı prodüser Məmməd Məhərrəmovla yollarını ayırıb. SİA-ya bu haqda ifaçının prodüseri məlumat verib: "Kərim Abbasovla uzun müddət iş birliyimiz oldu. Artıq birgə işləmirik. Onunla yollarımı ayırmağa qərar verdim. Kərimlə heç bir problemim olmadı. Özüm onunla iş birliyinə son qoydum. K.Abbasovla hazırda da xoş münasibətimiz var. Kərimə bundan sonra işlərində uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB