Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov fərqli üslubda səsləndirdiyi "Yaranış" kompazisiyasına çəkilən klipinin təqdimatını keçirib. SİA-nın məlumatına görə, Samir Qulamovun ekranlaşdırdığı klipin sujet xəttində təbiət hadisələri canlandırılıb.
İdeya müəllifi K.Kərimov olan klip saat əqrəbinin səsi və daha sonar göy gurultusu ilə başlayır. Pəncərəyə yaxınlaşan ifaçı xəyala dalır. Bundan sonra onun xəyalında Qobustan canlanır. Adəm və Həvvanın timsalında insanın yaraışı, bir-birinin ardınca təbiət hadisələri baş verir. Quraqlıqda səhra, küləyin səsi, yağışın yağması - bütün bunları rejissor canlı səslərlə təqdim edib. Kamran Kərimovun xəyalında canlanan səhnədə özü ilə yanaşı 8 nəfərdən ibarət nağara ifaçıcı məharətini göstərib. Kompazisiyanın ərsəyə gəlməsində 2 davul və 1 qoşanağaranın və əlavə 4 nağaranın müşayiətindən istifadə edilib.
Klipin ərsəyə gəlməsində iranlı musiqiçi Fəraməz Gərmrudi, Mədəniyyət və Turizm Nazirliyi, eyni zamanda Qobustan dövlət tarixi-bədii qoruğu dəstək göstərib.
Klipin nümayişindən sonar xalq artisti Siyavuş Kərimi bunları qeyd edib:"Kamran Kərimov dövrümüzün ən gözəl müşayiətçilərindəndir. Eyni zamanda bu cür dərin düşüncəsi olan layihələri dəstəkləyirəm. Bunların sayı çox olunmalıdır ki, müqayisə olunsun".
Vaqif Gərayzadə K.Kərimovu dövrümüzün virtouz müsiqiçidir:"Onun təhsili var. Kamera, simfonik ansamblla hər zaman ifası ugurlu alınıb. Bu şəkildədə uğurlu nailiyyətləri olacaq".
Bəstəkar Ceyhun Allahvediyev, Mircavad Cəfərov, Nəzakət Teymorova, Tünzalə Ağayeva, Elnur Əhmədov, Elçin Həşimov, Əliağa Sədiyev, Şirzad Fətəliyev, Elşən Mansurov, Qoçaq Əsgərov, Ehtiram Hüseynov çıxış edərək, layihə haqqında fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB