Aparıcının nikah təklifinə dindarın kəbin xatırlatması ŞOK TƏFƏRRÜATLAR

Aparıcının nikah təklifinə dindarın kəbin xatırlatması ŞOK TƏFƏRRÜATLAR

ATV kanalında Zaur Baxşəliyevin aparıcılığı ilə yayımlanan "Bizimləsən" verilişində kuryoz hadisə baş verib. Belə ki, verliş zamanı iki gəncin nikahını reallaşdırmaq fikrində olduğunu deyən Zaur Baxşəliyevə ekspert qismində iştirak edən tanınmış ilahiyyatçı Hacı Surxay Məmmədli müdaxilə edib. Aparıcının qərarına hörmətlə yanaşdığını, lakin ortada bir sıra mənəvi məqamların olduğunu deyən Surxay Məmmədli öz fikirlərini dini nikah üzərində cəmləşdirərək deyib ki, ailə bağlarının möhkəm olması üçün kəbinin kəsilməsi mütləqdir. Belə ki, kəbinin olmadığı zaman oğlanın və qızın əl-ələ tutması, qol-qola girməsi haramdır: "Çünki kəbin olmadıqca, onlar bir-birlərinə naməhrəm hesab olunurlar. Ailə bağlarının bu cür məsələlər üzərində güclü olması mümkün deyil və dağılmağa məhkumdur".

Məhz bu zaman aparıcı Zaur Baxşəliyev qızın anasının övladına xoşbəxtlik arzuladığını deyərək, gəncərin evlənmələri üçün heç bir problemin olmadığını deyərkən, Hacı Surxay Məmmədli Baxşəliyevə "cavab zərbəsi" endirib: "Mən reklam arası qızla söhbət apardım və öyrəndim ki, onun oğlanla kəbinləri yoxdur. Digər tərəfdən, əgər valideyn halallıq vermirsə, hətta "xoşbəxt ol" deməyinə baxmayaraq, halallığını vermirsə, bu gənclərə kəbin kəsmək mümkün deyil. Burada ananın da hüquqları var və onu pozmaq günahdır. Bildiyim qədər qızın anası ilə problemi var və o ilk öncə halallığını almalıdır, sonra kəbin kəsilməlidir. Bu, həm də dinimizin, eləcə də xalqımızın dəyərlərinə cavab verəcək bir addım olardı".

Nəticədə gənclərin evlilik planları təxirə salınıb və qız soyuq münasibətdə olduğu anasından halallıq almaq məcburiyyətində qalıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə