Müğənni Aytac Vidadiqızı yeni klip çəkdirir. SİA-ya bu haqda ifaçının özü məlumat verib: " "Azərbaycan" adlı mahnıya klip çəkdirirəm Sözegedən bəstə yaradıcılığımın şah əsəridir. Bu mahnı Azərbaycanıma aiddir. Məni tanıyanlar bilir ki, canımla vətənimə bağlı insanam. Dünyanın dörd bir yanını gəzmişəm. Amma Azərbaycanımdan əziz və doğma yer görməmişəm. Mahnıda Azərbaycanın bütün bölgələrinin adı çəkilib. Bu səbəbdən də gərək Azərbaycanın bütün rayonlarına yollanaydım. Ssenari də belə yazılmışdı. Amma deyir sən saydığını say, gör mənim qızım Bəstə nə sayır (gülür). Hələ heç 6 ayı olmayıb. Çox nazlı və ədalı qızdır. Sakitliyi sevir. Bu səbəbdən çəkiliş üçün onu rayonlara aparmaq həm bizim üçün çətin olardı, həm də körpə üçün narahatlıq olardı. Klipin rejissoru ilə qərara gəldik ki, mənim görüntülərim olan çəkilişlər hamısı Bakının mənzərəli yerlərində olsun. Rayon və bölgə görüntülərini isə çəkiliş komandası mənsiz həyata keçirsin".
Yeni klipindən danışan sənətçi ekran işini 28 may tarixinə kimi hazır olacağını açıqlayıb:"Hazırda vətənimdə İslam Oyunları keçirilir. Bütün dünyanın gözü Azərbaycandadır. "Azərbaycan" adlı klipimin bu ərəfədə çəkilməsi mənə ayrı stimul və qürur hissi verir. Çəkiliş komandası ilə çalışacağıq ki, klip 28 may Respublika Gününə kimi tam hazır olsun".
Qeyd edək ki, klipin rejissoru Zaur Tahirsoydur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB