Samiraldo: "Heç vaxt "Maşın" şouda iştirak etmərəm" AÇIQLAMA

Samiraldo: "Heç vaxt "Maşın" şouda iştirak etmərəm" AÇIQLAMA

Deyilənlərə görə, stilist Samiraldo may ayının 28-də start götürəcək "Maşın" şouda iştirak edəcək. SİA məsələni aydınlaşdırmaq üçün stilistlə əlaqə saxladı. Əməkdaşımıza açıqlama verən Samiraldo xəbərin yalan olduğunu bildirdi: "Dedi-qodulara görə, "Maşın" şoudakı iştirakçılardan biri də mənəm. Amma xəbər yanlışdır. Çünki həmin verilişə məni dəvət belə etməyiblər. Üstəlik də mən "Maşın" şouda iştirak etmərəm. Nəyimə lazım ayaqüstə günlərlə durub, əziyyət çəkim? Hətta kimlərləsə də maşın üstündə mübahisə edim. Bir məqamı da diqqətinizə çatdırım ki, bəzi xəbər saytları yazıb ki, həmin layihəyə aktyor Səbuhi Xanlarov da dəvətlidir. Amma yalan informasiyadır. Çünki Səbuhi Azərbaycanda yox, Londonda yaşayır. Mən də tezliklə onun yanına gedəcəm. Bundan başqa bir neçə gündən sonra Azərbaycanı tərk edirəm. İşimlə bağlı Moskvaya səfər edəcəm. Bir sözlə "Maşın" şouya qatılmağa vaxtım yoxdur. Hələ ki, pul qazanıram".

Qeyd edək ki, verilişdə 18 şou-biznes üzvü maşın uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə