"Nihan" dodağındakı döymədən danışdı FOTOLAR

"Nihan" dodağındakı döymədən danışdı FOTOLAR

Aktyor Kadir Doğulu və aktrisa xanımı Neslihan Atagül məkanların birindən çıxarkən jurnalistlərin fotokamerasının hədəflərinə çevriliblər. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük media mənsublarının suallarını cavablandırıb.

N.Atagül ərinin baş hərfini dodağının iç tərəfinə tatu etdirməsi barədə danışıb: "Çətinlik çəkmədim, incitmədi. Kadirin eynisini etmək istəmişdim".

Kadir də sözügedən döymə ilə bağlı fikirlərini bildirib: "Öz seçimidir, öz bədənidir. Hörmət edirəm. Mən də heç vaxt sevgimi göstərməkdən çəkinmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə