Prezidentinin fərdi təqaüdünə layiq görülən xanəndə: "Çox sevincliyəm" AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə xalq artisti Mənsum İbrahimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
SİA-ya danışan xanəndə fikirlərini bölüşüb: "Cənab Prezident İlham Əliyev tərəfindən yenidən mükafatlandırıldım. Çox sevincliyəm. Bu xəbəri mənə sənət yoldaşlarım yolda olarkən dedi. Mənə sürpriz oldu. Prezident İlham Əliyev hər zaman incəsənət adamlarına xüsusi qayğı və diqqət göstərir. Hər dəfə fəxri adlarla təltif olunanda üzərimə böyük məsuliyyət düşür. Mən də çalışıram ki, mənə olan güvəni doğruldum. Azərbaycan muğamını xarici ölkələrdə tanıdım. Vətənimə qulluq edim. Məni mükafatlandırdığına görə, ölkə başçısı İlham Əliyevə ailəm və öz adımdan minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB