Bəstəkar-müğənni və aparıcı Murad Arifin ailəsində xoş gün yaşanır. SİA-nın məlumatına görə, ifaçı həyat yoldaşı Cəmilə xanımın ad gününü qeyd edir.
Murad Arif həyat yoldaşına həsr etdiyi mahnıların sözlərini ona həsr edib: "Sənə yazdığım bütün nəğmələr. Çünki sən nağıllardan qonaq gəldin mənə. Sən işıqlı bir parça mənim həyatımda. şübhən olarsa bil. Hisslər mənim gözlərimdə gizlənibdir. Yaxşı bax, görə bilərsən sevgimi. Həyata ikinci dəfə gəlsəydim, səni özümdən də çox sevərdim. Mənim möcüzəm, ən zəif yerim. Sənin əllərin bir sənət əsəri, gözlərin də kofe. İllər məsafələr də şahid, sən mənim ürəyimsən. Yeganəmsən. Bir ömürlük həyat yoldaşımsan. Arzumdur ki, gülsün səadət bizim üzümüzə, yollar açıq olsun sevgimizə. Kimsə bizi anlamaz, həyatda belə sevgi yoxdur. Səni sevirəm. Sən bir başqasan yar, sənə (daim) ehtiyacım var".
Qeyd edək ki, Murad Arif 2011-ci ildə Cəmilə Muxtarova ilə ailə həyatı qurub. O, beş il sevdiyi həyat yoldaşı ilə Disput.az forumunda tanış olub. İsveçdə yaşayan xanım ailə qurduqdan sonra Azərbaycana köçüb. Cütlüyün Mikayıl və Ayla adında iki övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB