Kənan uzun müddətdən sonra bu məşhurları bir araya gətirdi AÇIQLAMA
Aktyor Elsevər Mehdizadə yeni filmdə rol alıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Rejissor Kənan M.M uzun müddətdən sonra həmkarım Nofəl Şahlaroğlu ilə məni bir araya gətirdi. Belə ki, bizi yeni filmə çəkir. Ekran işi "Dəmir qazan" adlanır. Filmdə fərqli obrazları canlandırırıq. Filmin ideya müəllifi və qurluşçu rejissoru Kənan M.M-dir. Bizdən başqa filmdə Pərvin Abıyeva da rol alıb. Tamaşaçılar bu filmdə məni heç vaxt görmədikləri bir imicdə görəcəklər. Filmin çəklişləri may ayının əvvəlində başlayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB