Təranə: "10 manata hər yerdə alça var, gedin alın zəhərlənin" FOTO

Təranə: "10 manata hər yerdə alça var, gedin alın zəhərlənin" FOTO

Müğənni Təranə Qumralın ötən gün alça ilə paylaşdığı foto müzakirəyə səbəb olub. SİA-nın məlumatına görə, sənətçi ünvanına deyilən təhqirlərə sərt cavab verib:"Mənim şəklimin altına gic-gic sözlər yazan geridüşüncəli səviyyəsizlər, az özünüzü dilənçi kimi aparın. Ay bilmirəm hamilədir, ay bilmirəm xəstədir... Hamınızın imkanı da, geyimi də var. Nə yaxşı əlinizdə bahalı telefonlarınız var, girib İnstaqramda müğənniləri, jurnalistləri qınağa çəkə bilirsiniz. Əlinizdə əlacınız olsa, deyərsiniz, kim nə qədər qazanır gətirib hamısını sizə versin. Ayıb olsun biədəb sözlər yazanlara. Qaldı ki, alçaya 10 manata hər yerdə var, gedin alın zəhərlənin".

Bütün xəbərlər Facebook səhifəmizdə