Fərda hamıyla vidalaşdı: "Haqqınızı halal edin, əlvida"

Fərda hamıyla vidalaşdı: "Haqqınızı halal edin, əlvida"

Aktyor Fərda Xudaverdiyev sosial şəbəkədə olan profillərini bağlayır. SİA-nın məlumatına görə, aktyor izləyiciləri ilə vidalaşıb: "Bu gündən sosial şəbəkədə olan bütün profillərimi, səhifələrimi bağlamağa qərar verdim. Haqqınızı halal edin, məndən bu qədər. Hər birinizə sonsuz təşəkkür. Gördüyüm işlərə baxmayaraq, son günlər yaşadıqlarımdan, özümə qarşı olan diqqətsizlikdən yoruldum. Bu yerlərə gəlməyimdə əziyyəti olan mediamızın bəzi nümayəndələri, haqqınızı halal edin. Belə olmamalıydı, canınız sağ olsun. Əlvida".

Bir çoxları Fərdanın izləyiciləri ilə 1 aprel zarafatı etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə