Aparıcı Vüsalə Kərimovanın yaşadığı Yasamal rayonunda çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. SİA-ya bu haqda aparıcının özü açıqlama verib: "Yaşadığım binada yanğın hadisəsi baş verib. Üst qonşumun mənzili yanaraq, pis vəziyyətə düşüb. Evimə ciddi ziyan dəyib. Amma xoşbəxtlikdən ailə üzvlərimə və mənə heç nə olmayıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüblər. Lakin, evim pis vəziyyətdədir, suyun içindədir. Mənzilimin tavanı yararsız vəziyyətə düşüb. Allah canımıza dəyməsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB