Rejissor Nail Naiboğlu yeniliyə imza atacaq. SİA-ya bu haqda rejissorun özü xəbər verib: "Bildiyiniz kimi, hər zaman yenilik etməyi sevən rejissoram. Növbəti yeni layihə ilə tamaşaçıların qarşısına çıxacam. Belə ki, aprel ayının 1-dən yeni layihəyə start verəcəyik. Musiqili proyektdir. Yeni layihəmin adı "Mahnı 2017" adlanır. Bu layihəni ərsəyə gətirməyimizə səbəb 2017-ci ildə işıq üzü görən mahnılara musiqi çarxı çəkməkdir. Artıq bir neçə sənətçinin mahnısına musiqi çarxı çəkilib. Həmin müğənnilər siyahısına Natavan Həbibi də daxil olub. Belə ki, onun sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Fərid M. Bayramlıya aid olan "Arzu" bəstəsinə musiqi çarx çəkmişik".
Qeyd edək ki, rejissor Nail Naiboğlunun yeni ərsəyə gətirdiyi "Mahnı 2017" adlı layihə aprel ayının 1-dən, hər gün, saat 23:30-da efirdə yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB