Mətanətlə Kərimin "bomba" partlatmağına saatlar qaldı AÇIQLAMA
Müğənni Kərim Abbasov hər kəsin maraqla gözlədiyi işi yekunlaşdırıb. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Bildiyiniz kimi, əməkdar artist Mətanət İsgəndərli ilə uzun müddət idi ki, duet üzərində işləyirdik. Lakin, bəzi işlərə görə, duetimiz təxirə düşmüşdü. Nəhayət, yeni işbirliyimiz uğurla nəticələndi. Belə ki, "Əllərim əlinə dəymir nə vaxtdır" adlı duetimiz artıq hazırdır. Bəstəni bir neçə saatdan sonra dinləyicilərin ixtiyarına verəcəyik. Düşünürük ki, mahnı seviləcək. Mətanət xanımla gözlədiyimiz nəticəni əldə edə biləcəyik".
Qeyd edək ki, "Əllərim əlinə dəymir nə vaxtdır" adlı mahnının sözləri Sevinc Şirinə, musiqisi Kərim Abbasovun özünə məxsusdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB