Rəqqasə Aytəni Türkiyədə təkrarladılar AÇIQLAMA-FOTO

Rəqqasə Aytəni Türkiyədə təkrarladılar AÇIQLAMA-FOTO

Rəqqasə Aytən türkiyəli müğənni Linetin onun libasından geyindiyini iddia edib. SİA-ya bu haqda rəqqasənin özü açıqlama verib: "Türkiyənin tanınmış müğənnisi Linet məni təkrarlayıb. Belə ki, mənim aylar öncə geyindiyim libası geyinərək səhnəyə çıxıb. O, mənim paltarımın eynisindən tikdirərək İstanbulda verdiyi konsertində geyinib. İfaçının bu hərəkətinə pis yanaşmıram. Demək ki, Azərbaycanla yanaşı qardaş ölkənin də diqqət mərzindəyəm. Bu da məni sevindirir".

Qeyd edək ki, A.Əliyeva bu libası 2016-cı ildə toy mərasimlərin birində istifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə